Zonquldak Bülent Ecevit Universitetinin professoru Çağlar Bayık Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələri barədə danışıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, tektonik layların qırılma xəttinin keçdiyi Osmaniye – Kahramanmaraş - Malatya cənub-qərb istiqamətinə doğru 1,1 metr, Hatay- Qaziantep bögəsi isə şimal-şərq istiqamətinə doğru 2,7 metr sürüşüb.
“Ümumilikdə, Türkiyə 3 Afrika qitəsinə tərəf 3,8 metr hərəkət edib” deyə professor bildirib.
Alimin sözlərinə görə, Kahramanmaraş və Qaziantep bölgəsi zəlzələdən sonra bir - birindən 1 metr uzaqlaşıb.
Yeraltı təkanlardan ən çox Hatay bölgəsinin təsirləndiyini deyən mütəxəssisin dediyinə görə, qırılma xəttinin alt və üst tərəfində qalan bölgələr bir - birlərini 1 metrə qədər geriyə itələyiblər.
Doktor Çağlar Bayık ərazidə tektonik sarsıntıların daha yüngül formada bir ilə qədər davam edəcəyini, aktivliyin hələ sönmədiyini vurğulayıb.