Rusiyanın Kareliya Respublikasına istirahətə gələn 30 yaşlı turist yerli sakini güllələyib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Medvejyeqorsk rayonunun kəndlərindən birində baş verib.
Respublika prokurorluğunun məlumatına görə, yerli sakinlə mübahisə edən turist travmatik tapança ilə onun başından vurub.
Daha sonra əməlindən peşman olan təqsirləndirilən şəxs zərərçəkmişi xəstəxanaya çatdırıb.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün Medvejyeqorsk Rayon Məhkəməsinə göndərilib.