Xameneinin harada gizləndiyini  bilirik, o, asan hədəfdir  – Tramp
17 iyun 2025 21:01 (UTC +04:00)

Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp

Tramp ABŞ-ın Xameneini aradan götürmək üçün addımlar atıb-atmadığını deyib.

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinə sərt xəbərdarlıq edərək bildirib ki, Amerika tərəfi İranın ali dini lideri Əli Xamneinin harada olduğunu dəqiq bilir.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, o, asan hədəfdir, lakin ABŞ hələ ki onu aradan götürmək üçün addım atmayıb.

O qeyd edib ki, Vaşinqtonun səbri tükənmək üzrədir, gərginliyin daha da artacağı təqdirdə mümkün addımlara eyham vurur.

Sonda Tramp ABŞ-ın mövqeyini açıq şəkildə ifadə edərək Tehrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar