Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində 17 nəfər həyatını itirib.
APA yerli KİV-ə istinadla xəbər verir ki, güclü yağış nəticəsində parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.
Ölkənin Meteorologiya Xidmətindən verilən açıqlamaya görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadratmetrə düşən yağıntı 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir. Bu səbəbdən, Yeni Dehli sakinləri üçün "sarı xəbərdarlıq" elan edilib.