Torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu -YENİLƏNİB
09 fevral 2022 01:35 (UTC +04:00)

Torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu -YENİLƏNİB

Kolumbiyanın qərbində yerləşən Doskebradas şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb, 29 nəfər yaralanıb.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə qonşu Pereyra şəhərinin meri Karlos Maya məlumat verib.

"Təəssüf ki, artıq 14 ölü, 29 yaralı var və 1 nəfər itkin düşüb", - deyə o bilidirb.

Hadisə baş verən əraziyə yaxın 15 ailə təxliyə edilib.

***

01.38

Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb

Təbiət hadisəsi Otun çayının məcrasını bağlayıb. Yerli KİV-in məlumatına görə, daha iki nəfər itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Oxşar yazılar