Ticarət mərkəzində atəş açan Soçi sakini saxlanıldı
26 sentyabr 2021 04:38 (UTC +04:00)

Ticarət mərkəzində atəş açan Soçi sakini saxlanıldı

Rusiyanın Soçi şəhərinin "Moremall" ticarət mərkəzində travmatik tapançadan məişət zəminində baş verən münaqişə nəticəsində havaya atəş açan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Həmin gün ticarət mərkəzində silahdan havaya atəş açan 22 yaşlı Soçi sakini ilə mübahisə edən şəxs də polis tərəfindən saxlanılıb.

Hazırda hadisə nəticəsində ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar