Təxribatçı geri qayıtdı, İsveçdə iğtişaşlar sakitləşdi
19 aprel 2022 05:50 (UTC +04:00)

Təxribatçı geri qayıtdı, İsveçdə iğtişaşlar sakitləşdi

İsveçdə Quranın yandırılmasına baş verən iğtişaşlarda xəsarət alanların sayı artıb.

Lent.az-ın 7sur7.be saytına istinadla xəbərinə görə, polislə qarşıdurmalarda 40-dan çox adam xəsarət alıb. Onlardan 26-sı polis əməkdaşıdır.

İsveç polisi qarşıdurmalar zamanı 20-dən çox avtomobilin də yandırıldığını bildirib. Norkköpinq və Lingköpinqdə 26 nəfər saxlanılıb. Quranı yandıran Rasmus Paludan gecə saatlarında Danimarkaya qayıtdıqdan sonra vəziyyət sabitləşib.

Qeyd edək ki, Paludan vaxtaşırı olaraq Avropa şəhərlərində Quran yandırma aksiyası təşkil edir. Lakin bəzi ölkələrdə polis onun bu hərəkətinin qarşısını alır.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar