"Telegram"ın yaradıcısı 6 ay Fransanı tərk edə bilməyəcək
06 sentyabr 2024 15:00 (UTC +04:00)

"Telegram"ın yaradıcısı 6 ay Fransanı tərk edə bilməyəcək

Məhkəmə "Telegram"ın təsisçisi Pavel Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub.

Lent.az  xarici mediaya istinadən xəbər verir ki, Durov hazırda Parisin ən yaxşı məhəllələrində mənzil axtarır. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vəziyyətin tragikomik olduğunu qeyd edib:

"Məncə, ən iyrənc və tragikomik olan təkcə Durova qarşı edilənlər deyil, həm də onların bunu nə öz əhalisinə, nə də dünya ictimaiyyətinə izah edə bilməmələridir".

Xatırladaq ki, ötən ayın sonunda Parisin Le Burje hava limanında saxlanılan Pavel Durov 5 milyon avro girov müqabilində azadlığa buraxılıb. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir. Ondan həftədə iki dəfə polis idarəsinə gəlmək tələb olunur.

İddialara görə, Paveli 10 ilə qədər həbs gözləyir. Fransa Pavelin qardaşı, "Telegram"ın əsl yaradıcısı adlandırılan Nikolay Durovu da axtarışa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar