Banqladeş məhkəməsi Abrar Faxad adlı tələbəni öldürən 25 nəfər haqqında hökm çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 20 nəfəri ölüm hökmünə, 5 nəfər isə ömürlük cəzaya məhkum olunublar.
Qeyd edək ki, həmin hadisə 2019-cu il oktyabrın 7-də baş verib. 25 nəfər Banqladeş universitetinin tələbəsini hakimiyyəti tənqid etdiyi üçün onu şəhərdən kənara çıxarıb və işgəncə veriblər. Daha sonra onu yandırıblar.