Moskva vilayətinin Çexov şəhərində ruhi xəstəxanadan təhlükəli qatil qaçıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı Aleksandr Kutuzov gəzinti zamanı müalicə aldığı xəstəxananın həyətində mühafizəçilərin gözündən yayınaraq, aradan çıxa bilib.
Məlumata görə o, yemək yeyərkən öz dostunu öldürməkdə ittiham olunur. Qeyd edək ki, həmin şəxsimn psixoloji problemləri olub.
Aleksandr Kutuzov Rusiyada federal axtarışa verilib.