Avstraliyada təcili yardım xidməti 94 yaşlı qadının arzusunu yerinə yetirib.
Lent.az xəbər verir ki, qadın son nəfəsində okean sahilinə getmək istədiyini bildirib.
Təcili yardım xidməti bunu nəzərə alıb. O, Nyu-kastldan Sidneydəki evinə aparılarkən avtomobil qəflətən sahil yoluna dönüb. Qadın okeanın sahilində yerə düşürülüb.
O, bir neçə dəqiqə okeana baxdıqdan sonra “evimə gəldim” deyərək gözlərini yumub.