İranda molla rejiminə qarşı çıxanların həbs olunması, onlara qarşı amansız rəftar və edamlar davam edir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, repressiv qüvvələr bu dəfə Təbrizdən olan 16 yaşlı azərbaycanlı yeniyetməni tutub.
Əmirrza Baqeri adlı yeniyetmə İranın dini liderini təhqir etməkdə günahlandırılaraq saxlanılıb. Onun bu ittiham üzrə mühakimə olunması planlaşdırılır.