Rusiyalı müğənni Olqa Buzova qastrol səfərində fors-major hallar səbəbindən stress keçirdiyini etiraf edib.
Lent.az xəbər verir ki, bu barədə müğənni və teleaparıcı Olqa Buzova instaqramda qastrol səfərində qəfil qatarın qəzaya uğraması səbəbindən dəhşətli stress keçirdiyini bildirib.
“Səhər saat üçdən bəri nə qədər əsəbi olduğumuzu bilmirsiniz... Qatar əvvəlcə gecikdiyi üçün yeni qatara mindik. Gecə qalxdıq və harada olduğumiuz bilmədik. Saat 10-da gecikdiyimizi anlayırdıq. Heç bir əlaqə yoxdur, biz təcili həll yolları axtarırıq"deyə Buzova şikayət etdi.
Buna baxmayaraq, ulduz Soçidə vaxtında olmaq üçün dəfələrlə qatar biletlərini dəyişdirməyə çalışdı və hətta müxtəlif gedişlər üçün dörd bilet aldı.