Radikal “Taliban” hərəkatının liderləri Əfqanıstanın yeni hökumətində əsas vəzifələri alıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, molla Əbdül Qani Baradar Əfqanıstanın Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib.
Respublikanın müdafiə naziri postu hərəkatın qurucusu molla Məhəmməd Yakubun oğluna verilib.
Ölkənin Daxili İşlər Nazirliyinə Xəlil əl-Rəhman Haqqani rəhbərlik edəcək.
Nazirlər Kabinetinin qalan üzvlərinin yaxın vaxtlarda açıqlanacağı qeyd olunur.