"Taliban"dan qəddarlıq nümayişi: Parçalanmış cəsədləri...- FOTO
07 oktyabr 2021 19:31 (UTC +04:00)

"Taliban"dan qəddarlıq nümayişi: Parçalanmış cəsədləri...- FOTO

Sosial mediada paylaşılan görüntülər dünyada rezonans doğurub.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Əfqanıstanda iki ayı tamam olacaq "Taliban" rejimi İngiltərə ilə ilk rəsmi təmasını qursa da, eyni gündə törədilən edam səhnələri dünyanı sarsıdıb.

Qadınların məktəbə getməsini və bərbərlərin saqqal kəsməsini qadağan edən "Taliban" sentyabr ayının sonundan etibarən xalqın açıq edamına başlayıb.

Heratda dükançı və oğlunu qaçırmaq ittihamı ilə öldürülən dörd nəfər edam edilərək cəsədləri krandan asılıb. Bənzər görüntülər Herat vilayətinin Obe rayonunda daha dəhşətli olub. "Taliban" evi soymaqda günahlandırdıqları 3 nəfəri edam edib, sonra isə cəsədlərini parçalayaraq ekskavatorun çalovundan asıblar.

Sosial mediada paylaşılan görüntülər Əfqanıstanın 1996-2001-ci illər arasında "Taliban" rejiminə qayıtdığını göstərir. Təşkilat hakimiyyəti ələ keçirdiyi ilk günlərdə daha mülayim olacağına söz vermişdi. Həmin illərdə Əfqanıstanı qan çanağına çevirən "Taliban" oğurluq ittihamı ilə hakim qarşısına gətirilənlərin əllərini kəsir, zinada günahlandırılanları isə daşqalaq edilərək öldürürdü.

Qeyd edək ki, "Taliban" həbsxanalarına rəhbərlk edən Molla Nurettin Turabi sentyabrın sonunda beynəlxalq mediaya verdiyi müsahibədə ölüm hökmü və amputasiya hökmlərinin yenidən başlayacağını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar