Türkiyə növbəti dəfə Suriyadan atəşə tutulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Qaziantep əyalətinə Suriya ərazisindən YPG/PKK terror təşkilatının üzvləri 5 raket atıb.
Hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib. Raket rayon mərkəzindəki orta məktəbə, iki evə və Karkamış sərhəd-keçid məntəqəsi yaxınlığında bir yük maşınına düşüb.