Rusiyanın Tver vilayətində dəmiryol vağzalında "Sapsan" adlı sürət qatarı 18 yaşlı qızı vurub.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında “Oktyabrskaya” dəmir yolunun “Doroşixa” stansiyasının platformasında baş verib.
Qəza nəticəsində qız ağır yaralanıb.
İlkin məlumatlara görə, qız dəmir yolu xəttini keçərkən qatarla onun arasında çox az məsafə olduğundan maşinist lokomativi saxlamaqda çətinlik çəkib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib.