Sürət həddinə görə sürücü  1 milyon cərimələndi
18 oktyabr 2023 22:28 (UTC +04:00)

Sürət həddinə görə sürücü 1 milyon cərimələndi

Amerikalı sürücü sürət həddini 56 km/saat aşdığı üçün 1,4 milyon dollar cərimələnib.

Lent.az xəbər verir ki, bu barədə Amerikanın “The People” jurnalı yazıb.

Belə cəriməni ABŞ-nin Corciya ştatının Savanna şəhərindən olan Konnor Kato alıb.

“Siz ya qəbzdə göstərilən məbləği ödəməlisiniz, ya da məhkəməyə gəlməlisiniz”, - deyə qəbzdə qeyd olunub.

Sonradan məlum oldu ki, külli miqdarda cərimə sadəcə olaraq sürücünü məhkəməyə çəkmək üçün hiylədir.

Qanuna görə, sürət həddini aşmağa görə cərimə 1000 dollardan çox ola bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Oxşar yazılar