Berlin nəqliyyatını idarə edən BVG şirkəti maraqlı kampaniya keçirir.
Lent.az-ın xəbərinə görə, şəhərdəki gündəlik nəqliyyat kartı xüsusi materialdan hazırlanıb və üzərinə marixuana yağı çəkilib.
Stresə düşən şəxs bu kartı yeyərək sakitləşə bilər. Yağ təhlükəsizdir və tərkibində asılılıq yaradan maddə yoxdur. Şirkətin açıqlamasında deyilir ki, məqsəd insanlarda Yeni il qabağı stresi yüngülləşdirməkdir. Narkotik vasitələrin bütün formalarından istifadə yolverilməzdir.