“Oman Air” şirkətinə məxsus təyyarə Şiraz Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına tökülmüş zibil səbəbindən zədələnib.
Lent.az-ın məlumatına görə, bu barədə aviaşirkətin çərşənbə axşamı dərc olunmuş məlumatında deyilir.
“WY2435 [Muscat - Şiraz] reysi 15 may 2023-cü il tarixində Şiraz Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağındakı yad cisimlər səbəbindən zədələnmə baş verib. Mühəndis komandamız təyyarəni təhlükəsiz şəkildə Maskata qaytarmaq üçün lazımi addımları atır, lakin təhlükəsizlik baxımından təyyarə hələlik yerdə qalır. Nəticədə WY2436 Şiraz - Maskat reysi təxirə salınıb”.
Sərnişinləri Maskata qaytarmaq üçün Şiraza daha bir təyyarə göndərilib.
Laynerə dəyən zərərin xarakteri, eləcə də sərnişinlər arasında mümkün zərərçəkənlər barədə məlumat verilmir.