İsraildə gözəllik müsabiqəsinin qaliblərindən olan 19 yaşlı Daniel Şien sinəsini silikon protez taxdıraraq böyütdürmək qərarına gəlib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu əməliyyatdan sonra onun gözlərinin ətrafında səpkilər yaranıb, saçları tökülüb, özünü yorğun hiss edib, bədənində səpkilər üzə çıxıb.
O dəfələrlə İsraildə həkimlərə müraciət etsə də, dərdinin nə olduğunu müəyyənləşdirə bilməyiblər. Zaman içərisində qadının gözləri zəifləməyə başlayıb və o kor olub.
Həkimlərin fikrinə görə buna səbəb stress və autoimmun sisteminin xəstəliyi ola bilərdi.
Qadın 2 il sonra silikon sinəsini çıxartdırıb və sağalmağa başlayıb.