Şimali Koreya yeni raketi sınaqdan çıxardı
17 aprel 2022 03:36 (UTC +04:00)

Şimali Koreya yeni raketi sınaqdan çıxardı

0

Şimali Koreya ordunun gücünü artıracaq yeni silah sistemini sınaqdan çıxarıb.

Lent.az-ın xəbərinə görə, bu barədə ölkə televiziyası məlumat yayıb.

Bildirilib ki, ölkə başçısı Kim Çen In da yeni raketin buraxılışını izləyib. Rəsmi KCNA agentliyinin məlumatına görə, yeni silah sayəsində artilleriyanın atəş gücü artacaq, nüvə-taktiki raketlərin iş keyfiyyəti yaxşılaşacaq. Lakin agentlik raket sınağının dəqiq tarixini açıqlamayıb.

Ekspertlərin hesablamalarına görə, rəsmi Pxenyan 2006-cı ildən indiyədək 6 nüvə sınağı keçirib. Hazırda nüvə başlıqlarının ölçülərinin kiçildilməsi üzərində iş gedir. Məqsəd ballistik raketlərin uçuş məsafəsini artırmaqdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2141

Oxşar yazılar