Silahlı hücum: 10 ticarətçi  öldürüldü
16 iyul 2022 21:29 (UTC +04:00)

Silahlı hücum: 10 ticarətçi öldürüldü

İndoneziyada silahlı hücum olub.

Lent.az Reuters-ə istinadən xəbər verir ki, hadisə Qərbi Papua Azadlıq Ordusuna aid silahlılar tərəfindən həyata keçirilib.

Papua əyalət polisinin məlumatına görə, hücumda 10 tacir öldürülüb 2-i yaralanıb.

Polis sözçüsü Əhməd Mustofa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.

Kamal 7 nəfərin hadisə yerində, 3 nəfərin isə yaxınlıqdakı klinikada dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, 1963-cü ildən İndoneziya bölgəsinə birləşən Papua bölgəsi Niderlandın nəzarəti altındadır.

# 1446
avatar

Oxşar yazılar