Kiriakos Amiridis və Fransuaza de Souza Oliveyra
30 avqust 2021 08:03 (UTC +04:00)

Kiriakos Amiridis və Fransuaza de Souza Oliveyra

Sevgilisi ilə birgə səfir ərini öldürdü, 31 illik həbs cəzası aldı

Yunanıstanın Braziliyadakı səfirinin həyat yoldaşı Fransuaza de Souza Oliveyra 2016-cı ildə ərini öldürüldüyünə görə 31 il müddətinə həbs cəzası alıb.

APA xəbər verir ki, bu barədə “G1” portal yazıb.

“Məhkəmə Fransuaza de Souza Oliveyranı 31 il, sevgilisi olan polis əməkdaşı Serjio Moreyranı isə 22 il müddətinə azadlıqdan məhrum edib”, - məlumatda belə qeyd olunub.

Saxlanılan polisin qohumu Eduardu Moreyra cinayətdən bəraət alıb, ancaq səfirin cəsədini gizlətdiyinə görə bir il həbs cəzasına məhkum edilib. O, bu cəzanı artıq çəkib.

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis 2016-cı ilin dekabrında ölüb. Onun yanmış cəsədi Rio-de-Janeyroda bir avtomobildə tapılıb.

Amiridis Braziliya əsilli xanımı ilə Milad tətili üçün Rio-de-Janeyroya gedib və 26 dekabrda orada yoxa çıxıb. Fransuaza de Souza Oliveyra hadisədən xəbərsizmiş kimi ərinin itkin düşməsi barədə elan verib və araşdırma zamanı onun 59 yaşlı ərinin öldürülməsini təşkil etdiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar