Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb.
Televiziya xəbər verir ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.
Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.