Serbiyada keçirilən prezident seçkilərində hazırki dövlət başçısı Aleksandr Vuçiç qalib gəlib.
Lent.az Sebiyanın Respublika Seçki Komissiyasına istinadla xəbər verir ki, Vuçiç səslərin 55.57%-ni toplayıb.
Paralel olaraq keçirilən parlament seçkilərində isə əsas yerləri Proqressiv Serbiya partiyası qazanıb. Qanunverici hakimiyyətdə yerlərin 42,97%-ni bu partiya, 13.6%-ni isə Serbiyanın Qələbəsi naminə Birlik koalisiyası qazanıb.