Dekabrın əvvəllərində Təbrizdə keçirilən etiraz aksiyalarında həbs edilərək təhlükəsizlik idarəsinin təcridxanasına köçürülən Heydər Əzimi Qayabaşı işgəncə ilə öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" "Telegram" kanlı məlumat yayıb.
3 uşaq atası olan azərbaycanlı fəalın meyiti yanvarın 2-də ailəsinə təhvil verilib və onlar məsələnin ictimailəşdirilməməsi üçün təhdid edildikləri üçün məlumat gec yayılıb.
Heydər Əzimi Qayabaşı başqa bir neçə etirazçı ilə birlikdə etiraz aksiyalarında naməlum şəraitdə öldürülən SEPAH-a bağlı olan Bəsic qüvvələrinin üzvünün öldürülməsinə görə saxlanılmışdı.