ABŞ-nin Texas ştatının Amarillo şəhərində ziyafətdə baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə Lent.az CNN-ə istinadən xəbər verir.
Yerli polis bildirib ki, atışma bazar günü yerli vaxtla səhər saat 1-ə yaxın keçirilən şənlik zamanı başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, orada olanlardan bəziləri arasında dava düşüb və kimsə atəş açmağa başlayıb. Bir nəfər hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Qalan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.