Payızın başlaması ilə Soçi birələrin hücumuna məruz qaldı.
Lent.az xəbər verir ki, bu barədə "Sochi1.ru" portalı məlumat yayıb.
Böcək kiçik çatlarda sıxılaraq paltarın tikiş yerlərində gizlənə bilir.
Vətəndaşların evlərinə və hotel otaqlarına girən həşəratlar böyük narazılıq yaradıb.
Rosselxoznadzorun Cənub Regionlararası İdarəsinin bitki karantini şöbəsinin rəis müavini Gennadi Babenkonun sözlərinə görə, qeyri-adi heç nə baş vermir.
Onlar istilik sevən həşaratlardır və aktiv həyat üçün onlara +15 ° C orta gündəlik hava istiliyi lazımdır. Buna görə də, soyuq havanın başlaması ilə yataq böcəkləri (birələr) qışlamaq üçün yer - anbarlar, eyvanlar, mənzillər axtarmağa başlayır.
Onlar birləşir və kütləvilik yaradırlar.
Birələrr insanlar üçün heç bir təhlükə yaratmasa da, kənd təsərrüfatına böyük ziyan vurur. Birələr bitkilərin şirəsini sorur, meyvələrin inkişafını pozur.
Mütəxəssislərin fikrincə, birələrlə mübarizə aparmaq üçün ən asan vaxt soyuq havanın başlanğıcıdır, çünki həşəratlar qışlamaq üçün yer axtararkən həssas olurlar.