ABŞ-ın Corciya ştatında atışma baş verib.
Lent.az-ın xəbərinə görə, Corciya ştatının Atlanta şəhərində baş verən hadisədə 4 nəfər həlak olub. Onlardan biri polis zabitidir.
Yerli televiziyanın xəbərinə görə, polis yoldan keçən avtomobildən insanlara atəş açılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşlarına da atəş açılıb. Hadisəni törədən şəxs polislə atışmada öldürülüb.