Moskva vilayətində rusiyalı qadın səfərbərlikdən yayınan keçmiş əri barədə polisə müraciət edib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, qadının 38 yaşlı əri paytaxtın hərbi komissarlıqlarından birində hərbi qeydiyyatdadır. Ancaq səfərbərliyin başlaması ilə Puşkino şəhərində kirayə mənzildə gizlənməyə qərar verib.
Qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, boşandıqdan sonra qızının tərbiyəsi ilə bağlı mübahisə etdiyi keçmiş əri səfərbərlikdən yayınır.