Yaponiyada bu gündən ilk albalı ağacları çiçəkləyib.
Lent.az Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, sakuranın (albalı ağacı) çiçəkləməsi Fukuokanın cənub-qərb prefekturasının sakinləri tərəfindən sevinclə qarşılanıb.
Meteoroloqların proqnozlarına görə, Tokioda albalı çiçəkləri martın 21-də açacaq. Çiçəklənmənin paytaxtda pik vaxtı martın 29-u olacaq.
Yaponlar sakuranı öz ölkələrinin simvolu hesab edirlər, çiçəyi isə qeyri-rəsmi milli gerb statusuna malikdir.
Adətən Uzaq Şərq albalısının çiçəklənməsinin zirvəsi aprelin əvvəlinə düşür. Parklar çəhrayı rəngin bir çox çalarlarına boyanmış olur.