Mütəxəssislər mümkün qədər çox insanı xilas etmək ümidi ilə Dneprdə Rusiya raketi ilə dağıdılan hündürmərtəbəli binanın yerində dağıntıları kənarlaşdırmağa davam edirlər. Yerli hakimiyyət orqanları onların mövcud olduğunu bilir və kömək gözləyir.
Lent.az-ın xəbərinə görə, bu barədə UNİAN məlumat verib.
“Dağıntılar altında hələ də sağ insanlar var. Onlar mesaj yazmağa davam edirlər. Biz vaxtaşırı sükut elan edirik - dağıntılar altından insanlar onları incitməyək deyə qışqırırlar. Mən işi daha tez görmək istərdim, amma biz bunu minimum zərərlə edirik ki, insanlar əziyyət çəkməsin, sağ qalanlar zərər görməsin”, - deyə şəhər meri Mixail Lısenko bildirib.