Şahzadə Harri mənasız işinə görə Amerika şirkətindən milyonlarla dollar  alır
07 avqust 2023 11:21 (UTC +04:00)

Şahzadə Harri mənasız işinə görə Amerika şirkətindən milyonlarla dollar alır

Britaniya kral ailəsinin üzvü şahzadə Harri amerikalı aparıcı Meqan Marklla evləndikdən sonra vətənini tərk edib ABŞ-a köçdü . Ər-arvad verdikləri qeyri-adi, çox zaman qeyri-etik açıqlamalarla kral ailəsinin qəzəbinə səbəb olsalar da, bəzi maraqlı qüvvələr bundan istifadə edir.

Lent.az-ın xəbərinə görə, şahzadə Harri hazırda “BetterUp” adlı layf-kouçinq şirkətində (həyat koçluğu xidməti göstərən şirkət) direktor vəzifəsində çalışır. O, demək olar ki, heç bir iş görmür. Buna baxmayaraq, maaşı və qonorarı milyon dolları aşır. Onun bu qədər maaş alması həmkarlarının qısqanclığına da səbəb olur. Şahzadənin ötən ay 100 nəfəri işdən çıxarması söz-söhbətə səbəb olub. Onlar əmindirlər ki, şirkət sadəcə Harrinin şöhrətindən istifadə edir, o heç bir işə yaramır.

Şirkət həqiqətən Harridən reklam xarakterli xidmət alır. Belə ki, o verdiyi saysız-hesabsız müsahibələrdə mütləq işlədiyi şirkətin adını hallandırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar