Şahzadə Diananın qırmızı paltarı Julien's hərrac evində satışa çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Paltar Şahzadə üçün 1980-ci illərdə britaniyalı modelyer tərəfindən hazırlanıb. Diana bu paltarı üç dəfə geyinib: iki dəfə 1989-cu ildə və bir dəfə 18 noyabr 1991-ci ildə Londonda “Qaynar kadrlar” filminin dünya premyerasında.
Hazırda maksimum təklif 25 min dollardır, lakin hərrac evinin nümayəndələri paltarın 200-400 min dollara satıla biləcəyini təklif ediblər.