Rusiyada şagirdin bədən tərbiyə dərsində ürəyi dayanıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Çelyabnisk vilayətinin Kopeysk şəhərindəki orta məktəblərdən birində baş verib.
Bildirilib ki, 16 yaşlı oğlan idman zalında iki dövrə qaçdıqdan sonar yıxılaraq özündən gedib.
İdman müəllimi dərhal həkimləri çağırıb. Klinikadan daha iki həkim gəlib. Həkimlərion müdaxiləsindən sonar şagirdin ürəyi işə düşüb, nəfəs almağa başlayıb.
Lakin yarım saat sonra yeniyetmə sinif yoldaşlarının və müəllimlərinin gözü qarşısında dünyasını dəyişib.
İstintaq Komitəsindən bildirilib ki, ölümün dəqiq səbəbi ilə bağlı meyit yarılandan sonra məlumat veriləcək.