Sadıq Xan, Londonun meri
09 may 2021 11:12 (UTC +04:00)

Sadıq Xan, Londonun meri

Sadıq Xandan növbəti qələbə

Sadıq Xan yenidən Londonun meri seçilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Leyboristlər Partiyasından Sadıq Xan ikinci dəfə Londonun meri seçilib.

O ən yaxın rəqibi Mühafizəkarlar partiyasından olan Shaun Baileyni 55.2 faiz səs çoxluğu ilə məğlub edib.

Sadıq Xan bildirib ki, londonluların bu möhtəşəm şəhərə rəhbərlik etmək üçün yenidən ona etimad etdikləri üçün təşəkkür edir.

Qeyd edək ki, Sadıq Xan bu vəzifəyə ilk dəfə 2016-cı ildə seçilib. O, hazırkı baş nazir Boris Consonun yerinə seçilib. Xatırladaq ki, London meri üçün seçkilər əslində ötən il keçirilməyi planlaşdırılsa da koronavirus səbəbindən bu ilə təxirə salınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Oxşar yazılar