Baş Kəşfiyyat İdarəsi Rusiya əsgərinin anası ilə söhbətini yayıb və burada o, Kremlin təbliğatının yalan olduğunu və cəbhədəki vəziyyətin onlar üçün asan olmadığını izah edib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, 138-ci Əlahiddə Motoatıcı Batalyonunun 6-cı ordusunun əsgəri anasından təbliğata inanmamasını xahiş edir, köhnə texnikalarının olduğunu, nadir hallarda yenisini gördüklərini deyir.
O, Rusiya televiziyasında göstərilənlərə görə qəzəbləndiyini deyir: "Bunun hamısı paraşadır, burada biabırçılıq və rüsvayçılıq baş verir və texnikaya baxırsan - göz yaşları axıdılası vəziyyətdədir."
Ana oğlundan soruşur:
"Onların göstərdikləri hər şeyi - öldürürük, irəliləyirik, geri çəkirik - bütün bunlar nədir, bu da yalandır?"