Rusiyada həyat sığortası edənlərin sayı kütləvi şəkildə artıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Ukraynanın son dron hücumlarıdır.
Sığortaçılar İttifaqından yayılan məlumata görə, təkcə terror aktlarından ehtiyat edərək sığortalananların sayında 40% artım var.
Eyni zamanda, ən çox sığortalananlar Ukrayna ilə həmsərhəd vilayətlərin əhalisidir.