Rusiyanın Qara Dəniz Donanması komandirinin hərbi-siyasi işlər üzrə müavini, birinci ranqlı kapitan Andrey Paliya öldürülüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları “Facebok” səhifəsində məlumat yayıb.
A. Paliyanın martın 18-də xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilib.