Rusiya Kiyevi çoxdan gözlənilən əks-hücumun başlamasını təxirə salmağa məcbur etmək üçün Ukraynaya irimiqyaslı hava hücumlarından istifadə edə bilər.
Lent.az-ın məlumatına görə, bu barədə CNN vəziyyətdən xəbərdar olan amerikalı rəsmiyə istinadən yazır.
Son zamanlar rus qoşunları əvvəlkindən daha çox mərmi istifadə etməyə başlayıb. Beləliklə, düşmən Ukraynanın hava hücumundan müdafiəsini çaşdırmağa çalışır, - nəşrin mənbəsi hesab edir.
Eyni zamanda mənbə qeyd edir ki, bu cür hücumlar Ukraynaya da fayda verə bilər, çünki Rusiya dəqiq mərmilərin məhdud ehtiyatlarını xərcləyir.