Rusiyanın ən hündür vulkanı püskürdü
31 oktyabr 2023 06:04 (UTC +04:00)

Rusiyanın ən hündür vulkanı püskürdü

Klyuçev sopkası vulkanından çıxan kül 10 km hündürlüyə qalxıb, Milkovski rayonunda kül tökülməsi qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka regionu üzrə Baş İdarəsi məlumat yayıb. 

"Oktyabrın 31-də səhər saatlarında Klyuçev sopkası vulkanından 10 000 m hündürlüyə qədər kül atılması qeydə alınıb. Kül cənub istiqamətində yayılır. Nəticədə Milkovski rayonunun 2 kəndində vulkan külü qeydə alınıb. Əhalinin həyati fəaliyyəti pozulmayıb” məlumatda deyilir.

Qeyd edək ki, Klyuçev sopkası Rusiyanın ən hündür aktiv vulkanıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3075
avatar

Oxşar yazılar