Rusiyanın estrada ulduzu Nikolay Bakskov xaricdəki əmlaklarından danışıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Baskov bildirib ki, müxtəlif sosial şəbəkələrdə onun Türkiyə və İspaniyada villalarının olması barədə yazılanlar yalandır.
“Mənim Moskvadan kənarda heç bir mülküm yoxdu. Yerini göstərin, sizə bağışlayım. Deyirlər, guya Telman İsmayılov Antalyada mənə 6 otaqlı lüks mənzil hədiyyə edib. Yalandır. İsmayılov mənə mənzil hədiyyə edib, o da Moskvadadır", deyə o bildirib.