Rusiyadan Kubaya  yardım göndərildi
22 aprel 2022 04:10 (UTC +04:00)

Rusiyadan Kubaya yardım göndərildi

Rusiyadan Kubaya 20 min tona qədər buğda olan humanitar yardım yükü göndərib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Havanadakı səfiri Andrey Quskov məlumat verib.

"Bu gün biz Kubaya 19,526 min ton buğda göndərdik. Bu humanitar yük Rusiya hökumətinin ötən il qəbul etdiyi qərarla adaya göndərilib. Biz COVID-19 pandemiyası ilə bağlı Kuba xalqına kömək etməyə davam edirik”, - deyə diplomat Kubanın Qida Sənayesi Nazirliyində keçirilən mərasimdə bildirib.

Bu ilin yanvarında Moskvadan Havanaya ümumilikdə 83 ton dərman və tibbi ləvazimat göndərilib.

Ötən il Rusiya Karib hövzəsi Respublikasına, xüsusilə ərzaq və dərmanlardan ibarət 170 ton humanitar yardım çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar