Kuril adalarında yerləşən Ebeko vulkanından çıxan kül 1,5 km hündürlüyə qalxıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Xilasedicilərin sözlərinə görə, şleyf cənub istiqamətində vulkandan beş kilometrdən çox məsafəyə yayılıb. Havada hidrogen sulfid qoxusu hiss edilməyib, əhalinin həyatı üçün heç bir təhlükə yoxdur.