Rusiya prezidenti Vladimir Putin əyani və qiyabi təhsil alan tələbələrə qismən səfərbərlikdən möhlət verilməsi haqqında fərman imzalayıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə sənəd Kremlin saytında dərc olunub.
Bu tədbir müvafiq təhsil pilləsində birinci dəfə təhsil alanlara təsir edəcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb.