24 iyun 2021 01:20 (UTC +04:00)

Rusiyada su quyusunu təmizləyərkən BİR AİLƏNİN 4 ÜZVÜ ÖLDÜ

Rusiyanın Volqoqrad bölgəsində fərdi evlərdən birində su quyusunu təmizləyərkən ailənin 4 üzvü dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Regional İdarəsi məlumat yayıb.

Hadisə “Kolxoznaya Axtuba” qəsəbəsində baş verib. 74 yaşlı təqaüdçü evinin həyətindəki su quyusunu təmizləyərkən özünü pis hiss edib, həyat yoldaşı onu havalandırma sisteminin yerləşdiyi otaqda huşsuz vəziyyətdə görüb. Qadın ərinə yaxınlaşanda huşunu itirərək ölüb. Ardınca onların qızı və 27 yaşlı nəvəsi də otağa girərkən ölüblər.

İlkin məlumata görə, onların 4-ü də kimyəvi buxar qazından zəhərləniblər.

Mərhumların cəsədləri məhkəmə tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma başladılıb.

# 789
avatar

Oxşar yazılar