Ukrayna-Rusiya müharibəsində iştirak etmək üçün cəbhəyə yollanan vəkil Andrey Nikiforov Luqanskda dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünü Nevski Vəkillər Kollegiyasının prezidenti Aleksandr Zelenski təsdiqləyib.
Onun sözlərinə görə, Nikiforov oktyabrın 7-də Lisiçansk yaxınlığında ölüb. O, həmkarının səfərbərlik elan ediləndən üç gün sonra toplaşma məntəqəsinə yola düşdüyünü vurğulayıb.