Moskva vilayətinin Çexov şəhərində iki azərbaycanlı arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhərin Çelalova küçəsində qarpız satan bir azərbaycanlı ilə digər həmyerlisi arasında insident yaranıb.
Nəticədə qarpız satan həmyerlilər bir-birilərinə bıçaq zərbəsi vurublar. Onlardan biri yaralanaraq xəstəxanaya yerləşdirilib. Digəri isə saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.