Rusiya Ukraynadakı əməliyyatla bağlı statistikanı  AÇIQLADI
23 mart 2022 21:41 (UTC +04:00)

Rusiya Ukraynadakı əməliyyatla bağlı statistikanı AÇIQLADI

Rusiyanın operativ-taktiki aviasiyası Ukraynada 86 obyekti məhv edib.

Lent.az-ın “Ria Novosti”yə istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. 

General bildirib ki, sıradan çıxarılan obyektlər arasında 6 komanda məntəqəsi, 2 YARS, 8 səhra topu, 3 silah anbarı və 49 toplanma məntəqəsi yer alır. 

“Əməliyyat başlayandan 255 PUA, 1564 tank və digər zirehli maşınlar, 158 YARS, 627 top və 1367 hərbi avtomobil məhv edilib” – deyə Konaşenkov qeyd edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2955
avatar

Oxşar yazılar